Dünya
Krıma müdaxilə Putinin reytinqini artırdı
Ukraynanın Krım Muxtar Respublikasına müdaxilə əmrini verən Rusiya prezidenti Vladimir Putinin ölkə daxilində nüfuzu artıb.
Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “İctimai rəy” Fondunun sosioloji tədqiqatının nəticələri Putinin reytinqinin rekord səviyyəyə qalxdığını göstərir.
“Ən yaxın bazar günündə keçiriləcək prezident seçkilərində kimə səs verərsiniz” sualına respondentlərin 53 faizi “Vladimir Putin” cavabı verib. Halbuki, bir həftə əvvəl Putinin seçki reytinqi 48 faiz idi. “İctimai rəy” Fondunun məlumatına görə, son bir il ərzində hazırkı prezidentin reytinqi orta hesabla 45-47 faiz olub.
Tədqiqata əsasən, əhalinin 67,7 faizi dövlət başçısının fəaliyyətinin razıdır. Fevral ayının ortalarında isə bu göstərici 61,9 faiz idi.
Sosioloqlar hesab edirlər ki, V.Putinin reytinqinin artması Soçi Olimpiya Oyunlarının nəticələri və Krım ətrafındakı vəziyyətlə bağlıdır.
Ömər Dağlı
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO