NATO Rusiyaya operativ cavab hazırlayır
Bizi izləyin

Dünya

NATO Rusiyaya operativ cavab hazırlayır

Şimali Atlantika İttifaqı (NATO) Avropada “soyuq müharibə” dövründən sonrakı ən böyük hərbi təlimlərini keçirir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Operativ cavab-15” (“Swift Response-15”) adlanan NATO-nun hava-desant təlimləri ittifaqa üzv 4 ölkədə - Almaniya, Rumıniya, Bolqarıstan və İtaliyada keçirilir.

Təlimlərdə 11 ölkədən (Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Niderland, Polşa, Portuqal, ABŞ və Fransadan) 5 min hərbi qulluqçu iştirak edir. Təlimlərdə əsas komandan ABŞ ordusunun məşhur 82-ci hava-desant diviziyasıdır.

“European Leadership Network” tədqiqat mərkəzinin ekspertləri hesab edirlər ki, Moskva və NATO-nun keçirdiyi hər bir hərbi təlim tərəflər arasında etibarsızlığı daha da artırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm