MSK-nın iclası keçirilib
Bizi izləyin

Dünya

MSK-nın iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komisiyasının (MSK) iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda əvvəlcə 15, 25, 27 may tarixli iclasların protokolu təsdiq edilib. Daha sonra çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ına əsasən, aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsinin təşkilinə dair məlumat verib. O, bu sahədə xeyli tədbirin keçirildiyini qeyd edib.

MSK üzvü Akif Qurbanov deyib ki, maarifləmdirmə işi zəruridir, amma ənənəvi üslubda prosesin davam etdirilməsi yanlışdır.

MSK sədrinin müavini Mikayıl Rəhimov bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması ilə bağlı məlumat verib. O deyib ki, dairə seçki komissiyalarına yeni məntəqələr yaratması tövsiyə olunur. Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm