Dünya
Türkiyə ordusu küçə döyüşlərinə hazırlaşır: PKK-nın kabusu şəhərə enir - FOTOLAR
Türkiyənin cənub-şərq vilayətlərində PKK terror təşkilatının evlərdə silah topladığına dair kəşfiyyat məlumatları Ankaranı hərəkətə keçirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ehtiyac olduğu halda Boluda yerləşən Bolu Komanda Briqadası şəhərlərə enəcək.
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının saytında Türkiyə ordusunun ən seçilmiş güclərindən olan Bolu Komanda Briqadasının təlimlərindən çəkilən fotolar yerləşdirilib. Türkiyə mediasının yazdığına görə, PKK-nın kabusu hesab olunan briqadanın şəhərlərə enməsinə ehtiyac çoxdan yaranıb.
Belə ki, əldə edilən kəşfiyyat məlumatları və rəsmilərin açıqlamaları PKK-nın şəhərlərdə genişmiqyaslı hücuma hazırlaşdığını göstərir. Ceylanpınar bələdiyyə başçısı Menderes Atilla dünən PKK terror təşkilatı ilə bağlı qorxuducu iddialar səsləndirib. Atilla PKK-nın böyük bir hücuma hazırlaşdığını, evlərin zirzəmilərinin silahla dolu olduğunu bildirib.
“PKK terror təşkilatı həll müddətindən faydalanaraq şəhərlərdəki gücünü artırıb. Şəhər terrorçuları evlərinə silah-sursat toplayıblar. Böyük bir hücumda istifadə edilməsi üçün nəzərdə tutulub”, - bələdiyyə başçısı deyib.
PKK-nın Türkiyəyə qarşı qorxunc planları hələ avqust ayının
əvvəlində ortaya çıxmışdı. Türkiyə xüsusi xidmət oqranları Şərqi və
Cənub-Şərqi Anadoludakı böyük şəhərlərdə küçə döyüşlərinə hazırlıq
çərçivəsində PKK-ya yaxın şəxslərin evlərini silah deposuna
çevirdiyini üzə çıxarıb. Bu evlərdə ən azı 80 min avtomat
yerləşdirilib. Araşdırmalarda terror təşkilatının silahların hansı
evlərdə saxlanıldığı və markaları ortaya çıxıb. Silahlar arasında
Kalaşnikov, ov tüfəngi və tapança çoxluq təşkil edir. Xüsusilə
Hakkari, Şırnak, Ağrı kimi bölgələr və Nuseybin, Cizre, Silopi kimi
qəsəbələrdə PKK-nın güclü silahlandığı məlum olub.
Ömər Dağlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü