İstanbul ŞOKDA: Əhməd Davudoğlunun iqamətgahında atışma
Bizi izləyin

Dünya

İstanbul ŞOKDA: Əhməd Davudoğlunun iqamətgahında atışma

İstanbulda “Dolmabahçe” sarayının girişində atışma olub. Publika.az xəbər verir ki, “Hürriyət”in yazdığına görə, sakinlər həmin ərazidə partlayış səsləri eşidiblər.

Məlumata görə, iki silahlı şəxs sarayın qarşısında dayanan polis əməkdaşlarına atəş açıb. Şahidlər bildirilər ki, həmin şəxslər əl bombası partladıblar.

Bosfor körfəzinin sahilində, İstanbulun əsas turistik ərazisində yerləşən “Dolmabahçe” sarayı həm də Türkiyə baş naziri Əhməd Davudoğlunun iqamətgahıdır. Həmin vaxt Baş nazirin paytaxt Ankarada olduğu xəbər verilir.

Hadisə nəticəsində bir polis yüngül yaralanıb.

“Haber 7”nin yazdığına görə, silahlılar Almaniya konsulluğunda saxlanılıb və üzərlərində avtomat, tapança və iki əl qumbarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm