Türkiyədə təkrar seçkilərin tarixi bəlli oldu
Bizi izləyin

Dünya

Türkiyədə təkrar seçkilərin tarixi bəlli oldu

Türkiyədə təkrar parlament seçkiləri noyabrın 1-də keçirilə bilər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası seçkilərin noyabrın 1-də keçirilməsi üçün hazırlıqlara başlayıb.

Bundan əvvəl isə qurum seçkilərin keçirilməsi üçün qanunvericilikdə göstərilən 90 günlük müddəti 30 gün azaldıb. Qərarın qurumda təmsil olunan AKP, CHP, MHP və HDP nümayəndələri tərəfindən yekdilliklə qəbul olunduğu bildirilir.

Mövcud qanunvericiliyə görə, prezident tərəfindən verilən 45 gün müddətində hökumət qurulmasa erkən seçkilərin keçirilməsi barədə qərar qəbul edilməli və seçkilər 90 gün sonra ilk bazar günü keçirilməlidir. Həmin müddətin 30 gün qısaldılması isə seçkilərin noyabrın 1-də keçirilməsinə imkan verir.

Baş nazir Əhməd Davudoğlu isə seçkilərin 25 oktyabr, 1 noyabr, 8 noyabr və yaxud da 15 noyabr tarixlərində keçirilə biləcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm