İstanbul və Mersində “Şafak” əməliyyatı: 79 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

İstanbul və Mersində “Şafak” əməliyyatı: 79 nəfər saxlanıldı

Dünən İstanbuldakı “Dolmabahçe” sarayının qarşısında baş verən atışmadan sonra İstanbul terrorla mübarizə qrupları şəhərdə “Şafak” adlanan genişmiqyaslı əməliyyata başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorla mübarizə qrupları İstanbulun Sarıyer mahalında bir çox ünvanda səhər erkən saatlarında əməliyyat keçirib.

Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının mahalın Fateh Sultan Mehmet və Baltalımanı məhəllələrində yerləşən ünvanlarında axtarışlar aparılıb. Əməliyyatlardan əvvəl müəyyənləşdirilən ünvanlarda 40 nəfər saxlanılıb.

Terror təşkilatına qarşı Mersində aparılan əməliyyatda isə 39 nəfər tutulub.

Qeyd edək ki, Dolmabahçe” sarayının qarşısındakı polislərə hücum edən şəxslərin DHKP-C üzvləri olduğu müəyyənləşdirilib. Atışmadan sonra qaçan terrorçular Almaniyanın İstanbuldakı konsulluğunun qarşısında saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm