“Anam çağırır” - Şəhidin telefonuna zəng gəldi – VİDEO
Bizi izləyin

Dünya

“Anam çağırır” - Şəhidin telefonuna zəng gəldi – VİDEO

Dünən Türkiyənin Siirt vilayətində PKK terror təşkilatının hücumunu dəf edərkən şəhid olan Rəcəb Beycurun cəsədi morqda olarkən mobil telefonuna zəng gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, anasının zənginə ətrafdakı insanlardan kimsə cavab verməyə cəsarət etməyib.

“Komandir zəng gələn telefonu götürəndə ekranda şəhidin anasının adını oxudu. İki-üç dəfə zəng etdi, komandir cavab verə bilməyib telefonu söndürdü. Həmin vaxt dörd nəfər idik. Amma kimsə cavab verə bilmədi, çünki zəng edən anası idi”, - xəstəxana işçisi Veysəl Akkoyun deyib.

Qeyd edək ki, dünən PKK terror təşkilatının yola yerləşdirdiyi minanın partlaması nəticəsində 8 türk hərbçisi şəhid olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm