Ərdoğan PKK-çılarla hökumət qurur? – SİYAHI
Bizi izləyin

Dünya

Ərdoğan PKK-çılarla hökumət qurur? – SİYAHI

Türkiyəni erkən parlament seçkilərinə kimi idarə edəcək hökumətin tərkibi müəyyənləşib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) hökumətdə təmsil olunmayacağını açıqlamasından sonra müvəqqəti hökumətin Ədalət və İnkişaf Partiyası (AKP), Xalqların Demokratik Partiyası (HDP) və bitərəf şəxslərdən formalaşacağı dəqiqləşib.

Məlumata görə, 26 üzvü olan hökumətdə partiyaların parlamentdəki mandat sayına uyğun olaraq AKP 11, CHP 6, MHP və HDP isə 3 yerlə təmsil olunmalı idi. Müvəqqəti hökumətdə ədliyyə, daxili işlər və nəqliyyat nazirləri bitərəf şəxslər olmalı idi.

Qeyd edək ki MHP və CHP koalisiya hökumətində təmsil olunmayacağını açıqlayıb. AKP müvəqqəti hökumətdə baş nazir və onun 4 müavini, səhiyyə, təhsil, müdafiə, maliyyə, iqtisadi inkişaf, energetika, xarici işlər, gömrük və ticarət, ailə və sosial siyasət naziri postlarını müxalifətə verməyi düşünmür. Siyasi kulislərdə qida, kənd təsərrüfatı və heyvandarlıq, mədəniyyət və turizm, meşə və su təsərrüfatı işləri naziri postlarının HDP-yə verəcəyi bildirilir.

7 iyun parlament seçkilərindən əvvəl bitərəflərdən təyin edilən ədliyyə naziri Kənan İpək, daxili işlər naziri Sebahattin Öztürk və nəqliyyat naziri Feridun Bilginin müvəqqəti hökumətdə də yerini qoruyacağı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm