PKK-nın Diyarbəkirdəki istehkamı dağıdıldı – VİDEO
Bizi izləyin

Dünya

PKK-nın Diyarbəkirdəki istehkamı dağıdıldı – VİDEO

Türkiyənin Diyarbəkir vilayəti Silvan bölgəsində terrorçulara qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı PKK-çıların qurduğu barrikadalar dağıdılıb, xəndəklər doldurulub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusi təyinatlılar Ailə Sağlamlıq Mərkəzinin binası qarşısındakı dirəkdən PKK bayrağını endirərək Türkiyə bayrağını yerindən asıblar.

Türkiyə bayrağının havada dalğalandığını əks etdirən video görüntülər internetdə yayılıb.

Xatırladaq ki, avqustun 13-də PKK terrorçuları ərazidəki 4 saylı Ailə Sağlamlıq Mərkəzinin binası qarşısında yerləşən dirəkdən Türkiyə bayrağını endirərək onu PKK bayrağı ilə əvəz etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm