ABŞ Rusiya sərhədinə ağır texnika yığır – FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ Rusiya sərhədinə ağır texnika yığır – FOTOLAR

Ağ Ev hökuməti Bolqarıstanın Novo Selo hərbi hava bazasında xidmət edən ABŞ-ın Hərbi Dəniz Piyadaları üçün 4 ədəd “M1 Abrams” döyüş tankı və digər ağır hərbi texnika göndərib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən “Military Times” hərbi portal yazıb. Məlumata görə, ABŞ hökuməti Rusiyadan gözlənilən mümkün hərbi hücumların qarşısını almaq məqsədilə Bolqarıstana göndərdiyi hərbi texnika bu həftənin sonuna kimi Novo Selo bazasına çatdırılacaq.

ABD-ın Hərbi Dəniz Piyadaları Qüvvələrinin Avropa Korpusunun komandiri Richard Ulsh isə bəyan edib ki, Bolqarıstana göndərilən hərbi texnika arasında 4 ədəd “M1 Abrams” döyüş tankı, 3 ədəd “Howitzer” topu və 6 ədəd zirehli kəşfiyyat maşını var. Onun sözlərinə görə, sözügedən hərbi texnikalar ABŞ-ın Şimali Karolina əyalətindən Almaniyaya, oradan isə qatarla Bolqarıstandakı 160-cı ABŞ Dəniz Piyadalarının yerləşdiyi Novo Selo bazasına çatdırılacaq.

Qeyd edək ki, Bolqarıstanın Novo Selo hərbi hava bazası Şərqi Avropada Rusiya sərhədlərinə ən yaxın hərbi obyekt hesab olunur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm