Yəhudi qızı Türkiyənin ən güclü 4 ailəsini İstanbul boğazına topladı - ÇEVRİLİŞ PLANI
Bizi izləyin

Dünya

Yəhudi qızı Türkiyənin ən güclü 4 ailəsini İstanbul boğazına topladı - ÇEVRİLİŞ PLANI

Dünyanın ən böyük media patronlarından olan yəhudi əsilli Rupert Murdoçun mənəvi qızı Kristian Amanpour 7 iyun parlament seçkilərindən 10 gün sonra Türkiyəyə gəlib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Takvim” nəşrinin baş redaktoru Ergün Diler “Ağ Ev, Pentaqon və CIA-da böyük çəkisi” olan “dostu”na istinadən yazıb.

İddiaya görə, Amanpour İstanbul boğazının sahilində Türkiyənin ən güclü ailələri ilə seçkilərin nəticələrini qiymətləndirib. Toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqtidardan uzaqlaşdırılmasının yolları müzakirə edilib. Deyilənə görə, Türkiyənin ən köklü və güclü 4 ailəsi də toplantının xüsusi qonaqları arasında olub.

“Türkiyə yeni bir dövrə qədəm qoyub. İlin sonuna qədər parlament, Mərkəz Bank, ordu, MİT üçün çətin bir dövr olacaq. Qəbul ediləcək qərarlar Türkiyənin gələcək 20 ilinə istiqamət verəcək”, - Ergün Dilerin “dost” dediyi şəxs xəbərdarlıq edib.

Bir başqa məlumata görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) kölgəsi hesab edilən “Stratfor” Ərdoğanla bağlı 2 illik araşdırma aparıb, onun güclü və zəif istiqamətlərini ortaya çıxarıb. Ərdoğan iqtidarına qarşı da məhz bu araşdırmanın köməyi ilə mübarizə aparacağı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm