ABŞ-da dəhşətli qətl: ana üç oğlunu boğdu
Bizi izləyin

Dünya

ABŞ-da dəhşətli qətl: ana üç oğlunu boğdu

ABŞ-ın Ohayo ştatında 3 azyaşlı oğlunu qətlə yetirən 23 yaşlı ana - Brittani Pilkinqton həbs edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Brittani uşaqlarını ərinin diqqətini qızına yönəltmək üçün boğub. Brittanin fikrincə uşaqların atası qızından daha çox oğlan uşaqlarına diqqət ayırıb. Ona görə də, Brittani oğlan uşaqlarını qətlə yetirib.

Brittani Pilkinqton özü xilasetmə bölməsinə zəng vuraraq 3 aylıq oğlu Noanın nəfəs almadığını bildirib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas edə bilməyiblər.

Noanın ölümü polislərin diqqətini Pilkinqtonlar ailəsinə cəlb edib. Çünki qısa müddət çərçivəsində ailədə 3 azyaşlı oğlan uşağı həlak olub. Məsələn, Pilkinqton ailəsində 2014-cü ildə 3 ayı tamam olan Nayel, 2015-ci ildə isə 4 yaşlı Qevin vəfat edib. Hər iki uşağın meyitini onların 43 yaşlı atası Cozef Pilkinqton aşkar edib.

Yalnız Noanın ölümündən sonra Brittani hər 3 oğlunu qətlə yetirdiyini etiraf edib. O, oğlanlarının hər üçünü yorğanla boğub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm