Yunanıstan növbədənkənar seçkilərə gedir
Bizi izləyin

Dünya

Yunanıstan növbədənkənar seçkilərə gedir

Yunanıstanın baş naziri Aleksis Tsipras istefaya getdiyini və ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçiriləcəyini bəyan edib.

Publika.az xəbər verir ki. seçkilər sentyabrın 20-ə təyin olunub. Bu barədə Yunanıntanın “Meqa Tv” kanalı bildirib.

Xatırladaq ki, Yunanıstanda sonuncu parlament seçkiləri 2015-ci il yanvarın 25-də keçirilib. Seçkilərdə Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun təklif etdiyi qənaət paketinə qarşı çıxan Radikal Sol Qüvvələr Koalisiyası (SİRİZA) səslərin 36,34 faizini qazanaraq qalib olub.

Lakin ölkənin ağır maliyyə böhranında olması Afinanı beynəlxalq kreditorların təkliflərini qəbul etməyə məcbur edib.

Avrozona ölkələrinin maliyyə nazirləri avqustun 20-də Yunanıstana 3-cü yardım paketinin ilk hissəsini təsdiqləyiblər.

Beləliklə Afina cümə axşamı 23 milyard avro alacaq ki, bu ölkənin 3,5 milyard dollarlıq kredit borcunu ödəməsinə imkan yaradacaq.

Bu qərarı bundan bir gün əvvəl bütün avrozona ölkələrinin parlamentləri də təsdiqləyib.

Yunanıstana yeni 3 illik yardım paketinin ümumi həcmi 86 milyard avrodur.

Afina bunun əvəzində büdcə xərclərinin ixtisarı və bank sahəsinə nəzarətin gücləndirilməsi də daxil olmaqla ölkədə bir sıra islahatlar aparmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm