Makedoniyada fövqəladə vəziyyət elan edilib
Bizi izləyin

Dünya

Makedoniyada fövqəladə vəziyyət elan edilib

Makedoniya hökuməti Yunanıstan və digər Avropa ölkələrindən böyük qaçqın axınına görə, sərhəd bölgələrində fövqəladə rejim elan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hökumətin bəyanatında son vaxtlar Yunanıstandan ölkəyə qaçqın axınının kütləvi hal aldığı bildirilib. Hökumət qeyd edib ki, Yunanıstanla sərhəd bölgədə nəzarətin gücləndirilməsinə əlavə hərbçilər cəlb ediləcək.

Hazırda Yunanıstala Makedoniya arasındakı sərhəd zonasına bir neçə min qaçqın yığışıb.

Onlar Makedoniyaya keçmək istəyirlər.

Polisə onların qarşısını almaq barədə göstəriş verilib. Qaçqınlar piyada Makedoniyanın Gevgeliya şəhərinə keçmək, ordan isə qatarla Serbiyaya getməyə çalışırlar.

Həmçinin Saloniki ilə Skopye arasındakı beynəlxalq dəmiryol xəttinə bir neçə min qaçqın yığışıb.

Makedoniya Avropa Birliyi ölkələrinə keçmək istəyən miqrantlar üçün əsas tranzit ölkədir.

Son aylar Makedoniyadan keçmək istəyən 39 minə yaxın miqrant qeydə alınıb.

Onların əksəriyyəti Suriya və Əfqanıstandandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm