İŞİD lideri saqqalını qırxıb Türkiyədən keçdi - FOTO
Bizi izləyin

Dünya

İŞİD lideri saqqalını qırxıb Türkiyədən keçdi - FOTO

Paytaxt Afinadakı qaçqın düşərgələrinə gəmilərlə getmək üçün Yunanıstanın İstanköy (Kos) adasında gözləyən miqrantlar arasında İŞİD terror təşkilatının sui-qəsd qrupunun lideri Lait Əl-Salehin də olduğu ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “tribune.gr” və “defencenet.gr” xəbər saytları yazıb.

Saytlar Əl-Salehin İstanköy limanında gözləyərkən və Suriyadakı müharibədə çəkilən fotoşəkillərini dərc edib. Xəbər Yunanıstanda böyük əks-səda doğurub. İddiaya görə, Saleh Türkiyəyə daxil olduqdan sonra avtobusla Bodruma gəlib, burada isə 1000 dollar ödəyərək qayıqla İstanköy adasına keçib.

“Azad Suriya Ordusunun tərkibində döyüşdükdən sonra İŞİD-ə qatıldım. İŞİD-ə qatılaraq Hələb yaxınlığında xeyli sui-qəsd təşkil etdim”, - xəbər Salehin sözlərinə yer verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm