Obama Ağ Evdə Yatsenyuku qəbul edir
Bizi izləyin

Dünya

Obama Ağ Evdə Yatsenyuku qəbul edir

Obama Ağ Evdə Yatsenyuku qəbul edir

ABŞ prezidenti Barak Obama Ağ Evdə Ukraynanın müvəqqəti hökumətinin baş naziri Arseni Yatsenyuku qəbul edir. Publika.Az xəbər verir ki, bu, Obamanın baş nazir Arseni Yatsenyukla ilk görüşüdür və ABŞ-ın Ukraynanın yeni hökuməti və xalqına dəstək xarakteri daşıyır. Ağ Evin bildirdiyinə görə, prezident Obama və cənab Yatsenyuk arasında danışıqlar zamanı Ukraynaya iqtisadi yardım məsələsi müzakirə ediləcək. Birləşmiş Ştatlar artıq Ukraynaya 1 milyard dollar məbləğində yardım etməyə söz verib.

A. Yasenyuk ABŞ-a səfərini rusların əksəriyyət təşkil etdiyi Krımda Moskvanın dəstəyi ilə Rusiyaya birləşməyə dair referendumun keçirilməsinə hazırlıq getdiyi vaxt edir.Səfərdən bir gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatası Krımda Ukraynanın suverenliyinin pozulması ilə əlaqədar Rusiyanı qınyan qətnaməni yekdilliklə qəbul edib. Qətnamədə eyni zamanda regiona beynəlxalq müşahidəçilərin göndərilməsinə çağırılır.

ABŞ dövlət katibi Con Kerri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon söhbəti zamanı Rusiya hərbi qüvvələrinin Ukraynada vəziyyətə müdaxiləsinin qəbuledilməz olduğunu deyib.

Moskva etnik rusların əksəriyyət təşkil etdiyi Krımı işğal etmək üçün yarımadaya hərbi qüvvə göndərildiyini rədd edir. Lakin şahidlər bu ayın əvvəli heç bir nişanı olmayan hərbi forma geymiş şəxslərin Rusiyada qeydiyyatdan keçmiş maşınlarda gəldiyni və açıq şəkildə rus olduqlarını dediyini bildiriblər.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm