Vaşinqton təşvişdə: Rusiya kosmosda qalib gəlir
Bizi izləyin

Dünya

Vaşinqton təşvişdə: Rusiya kosmosda qalib gəlir

“Rusiya hərbi-kosmik potensialını kifayət qədər artıraraq elə şərait yaratmağa çalışır ki, NATO öz missiyasını yerinə yetirmək iqtidarında olmasın”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri general Martin Dempsi Dublində İrlandiya Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşündə deyib.

“Hesab edirəm ki, Rusiyanın fəaliyyət istiqamətlərindən biri NATO-nun diskreditasiyasıdır. Rusiya elə bir vəziyyət yaratmağa çalışır ki, hərbi ittifaq öz missiyasını yerinə yetirmək gücündə olmasın”, - amerikalı general söyləyib.

Qeyd edək ki, Rusiyada avqustun 1-də Hərbi Hava Qüvvələri (HHQ) və Hava-Kosmik Müdafiə Qoşunlarını (HKMQ) birləşdirilməsi ilə Kosmik Hava Qüvvələri (KHQ) yaradılıb. Yeni struktur özündə raket əleyhinə müdafiə sistemləri və hava hücumundan müdafiə sistemlərini, o cümlədən, hərbi kosmik aparatlarının orbitə çıxarılması və idarə edilməsinə cavabdeh kosmik qüvvələrinin bölmələrini birləşdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm