İŞİD “təhlükəli” kanallara qarşı müharibəyə başladı
Bizi izləyin

Dünya

İŞİD “təhlükəli” kanallara qarşı müharibəyə başladı

İŞİD terror qruplaşması nəzarəti altında saxladığı Suriyanın Rakka şəhərinə peyk antenalarını toplayır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qərar avqustun 7-də məscidlərdə xütbə verən imamlar tərəfindən xalqa çatdırılıb.

Peyk antenalarına qarşı mübarizənin başlanmasının səbəbi isə “təhlükəli” xarici kanalların İŞİD əleyhinə təbliğat aparması və “İslam dövləti”nin əleyhinə olan proqramların xalq tərəfindən izlənilməsidir.

Məlumata görə, şəhər sakinlərindən biri vətəndaşlara yalnız cümə günləri televiziyaya baxmağa icazə verildiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm