• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ordular tam döyüş hazırlığına gətirildi

  • Dünya
  • 21 Avqust 2015 12:07
  • 1 285 Baxış
Ordular tam döyüş hazırlığına gətirildi

“Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının istənilən təxribatlarını amansız şəkildə cəzalanlandıracaq”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin Koreya Xalq Demokratik Respublikasına (Şimali Koreya) göndərdiyi telefonoqramda deyilir.

Telefonoqramda bildirir ki, Şimali Koreya istənilən hücumu amansız şəkildə cəzalandırılacaq və buna görə bütün məsuliyyət Pxenyanın üzərinə düşəcək. Cənubi Koreyanın müdafiə naziri Han Mi Qu orduya Şimali Koreyanın istənilən təxribat xarakterli hərəkətlərinə qətiyyətli cavab verməyi əmr edib.

Bundan əvvəl isə Şimali Koreya lideri Kim Çen İn ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib.

Dünən tərəflər arasında gərginlik müharibə vəziyyətinə qədər yaxınlaşıb. Hərbi mənbələr “Renxap” agentliyinə açıqlamasında Cənubi Koreya ordusunun şimaldan açılan atəşə artilleriya atəşi ilə cavab verdiyini bildirib.

KİV-in məlumatına görə, Cənubi Koreya prezidenti Pak Kın Xe sərhəd ərazilərindəki vəziyyətlə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasın yeraltı bunkerdə keçirildiyi deyilir. İclasda sərhəddə yerləşən yaşayış məntəqələrindəki əhalinin təxliyə edilməsi barədə qərar qəbul edilib.

İki ölkə arasında gərginliyin artmasına səbəb isə Cənubi Koreyanın iki əsgərinin neytral zonada minaya düşməsi olub. Bundan başqa, avqustun 17-də ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb. Pxenyan təlimlərin Şimali Koreyaya müdaxilə üçün keçirilən məşq adlandırıb.

Qeyd edək ki, Koreya müharibəsindən (1950-1953) sonra tərəflər arasında sülh müqaviləsi bağlanmayıb. Buna görə də Şimali Koreya və Cənubi Koreya indiyə qədər rəsmi müharibə vəziyyətindədir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR