• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Krım İŞİD-in köməyi ilə qaytarılacaq” – Müsəlman batalyonu haqqında ŞOK İDDİA

  • Dünya
  • 21 Avqust 2015 14:22
  • 2 024 Baxış
“Krım İŞİD-in köməyi ilə qaytarılacaq” – Müsəlman batalyonu haqqında ŞOK İDDİA

Ukraynanın Herson vilayətində müsəlman batalyonu yaradılır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyədəki Krım-tatar Cəmiyyətləri Federasiyasının sədri Unver Seli bildirib.

Onun sözlərinə görə, müsəlman batalyonunun yaradılması məsələsi avqustun əvvəlində Ankarada keçirilən Krım Tatarlarının Ümumdünya Konqresində də müzakirə edilib.

Krım Tatar Məclisinin lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilov daha əvvəllər də müsəlman batalyonununun yaradılmasının vacibliyini dilə gətirib. Batalyon Ukrayna Müdafiə Nazirliyinin tərkibində olacaq. Mustafa Cəmilovun sözlərinə görə, Krımla sərhəd Herson vilayətində yerləşdiriləcək batalyonun əsas vəzifəsi Krım və Ukrayna arasındakı inzibati sərhəddən “insanlar və yüklərin keçməsi” üzərində nəzarət etmək olacaq.

Amma agentliyin həmsöhbəti şok bir iddia irəli sürüb. Onun məlumatına görə, batalyona yazılan 1000 nəfərin bir hissəsi İŞİD terror təşkilatının üzvləridir.

“İŞİD-in bəzi döyüşçüləri Suriyadan Türkiyə vasitəsilə Ukraynaya gəliblər və indi onlardan Herson vilayətində batalyon yaradılır. Bu, Krım tatarları üçün çox təhlükəlidir, Cəmilov odla oynayır və öz xalqını müharibəyə çəkə bilər. Bu vəziyyət tamamilə qəbuledilməzdir”, - Krım-tatar Cəmiyyətləri Federasiyasının sədri qeyd edib.

O, Türkiyə hakimiyyətinin Ukraynadakı müsəlman batalyonunu silahla təchiz edəcəyinə inanmır, amma Ankaranın maliyyə dəstəyi haqqında məsələ açıq olaraq qalır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR