Ərdoğan və 4 naziri haqqında iddia hazırlandı
Bizi izləyin

Dünya

Ərdoğan və 4 naziri haqqında iddia hazırlandı

Cümhuriyyət Xalq Partiyasının (CHP) Mersindən olan millət vəkili Fikri Sağlar prezident Rəcəb Tayyib Ərdoğan və adı sui-istifadədə hallanan 4 keçmiş nazir barəsində 6 ayrı iddia hazırlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddialar Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacaq.

Ərdoğan və 4 keçmiş nazir haqqında iddialar dünən CHP-nin parlamentdəki qrupuna verilib.

Ərdoğan 25 dekabr əməliyyatları ilə əlaqədar vəzifəsindən sui-istifadədə, dövlətin birliyi və ərazi bütövlüyünü pozmaqda, xarici dövlətə qarşı əsgər toplamaqda ittiham olunur. İddialarda Ərdoğanın baş nazir olduğu dövrdə baş verən “25 dekabr əməliyyatı” və “MİT TIR”ları hadisələri ilə əlaqədar 2 dəfə Yüksək Divana çıxarılması istənilir. Türkiyə prezidentinin Türkiyə Cinayət Məcəlləsinin 11 ayrı maddəsini pozduğu bildirilir. Ərdoğanın Yüksək Divanda ömürlük azadlıqdan məhrum etmə və ayrıca 75 illik həbs cəzası ilə mühakimə olunması istənilir.

Yüksək Divanda mühakimə olunması istənilən keçmiş nazirlər daxili işlər naziri Muammər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, ətraf mühit naziri Ərdoğan Bayraktar ve Avropa Birliyi naziri Egemen Bağışdır. Onlar saxta sənəd düzəltməkdə, rüşvət almaqda, vəzifələrindən sui-istifadədə və digər cinayətlərdə ittiham olunur.

İddiaların qəbul olunması və istintaqın başlanması üçün ilk olaraq tətildə olan TBMM çağırılmalıdır. 110 millət vəkilinin imzası ilə TBMM-nin fövqəladə iclası keçirilir. CHP parlamentdə 131 millət vəkilinə sahib olduğu üçün bunu təkbaşına edə bilər. Parlament istintaqın başlanması barədə qərar verərsə, parlamentdəki partiyaların mandat sayına uyğun olaraq 15 nəfərlik TBMM İstintaq Komissiyası qurulur. TBMM-də müxalifət üstünlük təşkil etdiyi üçün komissiya üzvlərinin əksəriyyəti də müxalifət deputatları olacaq.

Komisiya istintaqın nəticəsinin yer aldığı hesabatı iki ay ərzində TBMM-yə təqdim edir. Hesabatın qəbul olunması üçün ən azı 276 millət vəkili səs verərsə, barəsində iddia qaldırılan şəxslər Yüksək Divana çıxarılır. TBMM-də hazırda AKP-nin 257, müxalifətin isə 292 mandatı olduğu üçün müxalifətin səsləri Ərdoğan və 4 keçmiş baş nazirin Yüksək Divana çıxarılması üçün kifayət edir.

Ancaq Türkiyə erkən seçkilərə getdiyi üçün iddialar yeni seçilən TBMM-dən keçməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm