İŞİD 1600 illik monastırı dağıtdı - VİDEO
Bizi izləyin

Dünya

İŞİD 1600 illik monastırı dağıtdı - VİDEO

İŞİD terror qruplaşması ələ keçirdiyi ərazilərdə tarixi abidələri məhv etməkdə davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror qruplaşması Suriyanın Karyatayn şəhərindəki tarixi bir monastırı buldozerlə məhv edib.

İŞİD 1600 il tarixi olan monastırı dağıtmasını Tanrıdan başqa Əziz Eliana da sitayiş edilməsi ilə izah edib. Adı monastıra verilən Əziz Elian eramızın üçüncü əsrində ölmüş, kilsə tərəfindən Əziz mərtəbəsinə yüksəldilmişdi. Dördüncü əsrdə tikilən monastır bir neçə dəfə bərpa edilib. Monastr Suriya Katolik Kilsəsinin tanınmış müqəddəs məkanlarından biri idi.

Monastırın rahibi Jask Murad may ayında kimliyi məlum olmayan adamlar tərəfindən qaçırılmışdı. Amma onun İŞİD silahlıları tərəfindən qaçırıldığı təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm