Bu tarixdə müharibə başlayır: 90 minlik ordu əmr gözləyir
Bizi izləyin

Dünya

Bu tarixdə müharibə başlayır: 90 minlik ordu əmr gözləyir

Ukrayna ordusu Müstəqillik Gününü qeyd edəndən sonra “xalq respublikaları”na qarşı hərbi əməliyatlara başlayacaq.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası” qondarma qurumun “Müdafiə Nazirliyi”nin sözçüsü Eduard Basurin deyib.

O, qeyd edib ki, Ukrayna qoşunlarının hücum batalyonunun heyəti 90 min nəfərdən çoxdur. Hücum batalyonunun tərkibində təxminən 450 tank, beş ədəd “Toçka-U” raket kompleksi, 20 ədəd yaylım atəş sistemi var.

Qeyd edək ki, Ukraynada Müstəqillik Günü 24 avqustda qeyd olunacaq.

Donbas hövzəsində avqustun 10-da vəziyyət kəskin pisləşib. Qorlovka və bir sıra yaşayış məntəqələrində artilleriyanın tətbiqi ilə lokal toqquşmalar olub. Həmin vaxtdan cəbhə xəttində vəziyyət vaxtaşırı nəzarətdən çıxır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm