Sonuncu müdafiəçi öldü - FOTOLAR
Bizi izləyin

Dünya

Sonuncu müdafiəçi öldü - FOTOLAR

Tarixin ən qanlı döyüşü hesab edilən Stalinqrad savaşının döyüşçülərindən olan, məşhur “Pavlovun evi”nin sonuncu müdafiəçisi dünyasını dəyişib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Özbəkistanda yaşayan Böyük Vətən müharibəsi veteranı Kamoljon Turqunov 93 yaşında vəfat edib. Bununla bağlı ölkədə xüsusi mərasim düzənlənib.

Qeyd edək ki, keçmiş Stalinqradın (indiki Volqoqrad) Lenin meydanındakı 4 mərtəbəli bina həftələrlə faşistlərə qarşı mübarizə aparan sovet döyüşçülərinin sığıncağına çevrilib. Burada müdafiə olunan əsgərlərə serjant Y.Pavlov rəhbərlik edib.

1942-ci ilin 23 sentyabrından 25 noyabra qədər davam etmiş 58 günlük döyüşlərdə binaya sığınmış əsgərlərin cəmi 3-ü həlak olub. Dəfələrlə hücuma keçmiş faşistlər isə ağır itkilər verərək geri çəkiliblər.

Stalinqradın mülki sakinləri binanın zirzəmisində sığıncaq tapmışdılar. Böyük Vətən müharibəsinin gedişində əsgərlərin hamısı müxtəlif orden və medallarla təltif edildilər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm