Türkiyədə təhlükə: İŞİD döyüşçülərini QİÇS-ə yoluxduran mərakeşli qadınlar Türkiyəyə qaçıblar
Bizi izləyin

Dünya

Türkiyədə təhlükə: İŞİD döyüşçülərini QİÇS-ə yoluxduran mərakeşli qadınlar Türkiyəyə qaçıblar

İŞİD terror qruplaşmasının 16 döyüşçüsünü QİÇS virusuna yoluxduran qadınların hansı ölkədən olduğu müəyyənləşib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, həmin qadınların mərakeşli seks kölələri olduğu bəlli olub.

İddiaya görə, daha əvvəllər QİÇS viruslu qanını qəsdən bir başqa İŞİD döyüşçüsünə verən İndoneziya mənşəli döyüşçü edam olunub. İrəli sürülən digər iddia isə daha qorxuncdur. Xəbərə görə, mərakeşli qadınlar İŞİD tərəfindən öldürüləcəyi qorxusundan Türkiyəyə qaçıblar.

Qeyd edək ki, müstəqil Suriya agentliyi “ARA News” Suriyanın şərqində yerləşən Meyadin şəhərində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçüləri arasında QİÇS epidemiyasının yayıldığı barədə məlumat yayıb.

Məlumata görə, İŞİD-in 16 döyüşçüsündə QİÇS virusu aşkarlanıb. Agentlik yazır ki, virusa yoluxanların əksəriyyəti xarici döyüşçülərdir və onlar yerli xəstəxanaya yerləşdiriliblər.

Agentliyin yazdığına görə, QİÇS virusuna yoluxanların əksəriyyəti narkoman olurlar və kriminal keçmişə malikdirlər. İŞİD-in sıralarında bu virusa yoluxanlara tez-tez rast gəlindiyi, terror qruplaşmasının nəzarət etdiyi ərazilərdə seks köləliyi və çoxarvadlılıq yayıldığı üçün xəstəliyə yoluxma riskinin də böyük olduğu bildirilir.

Böyük Britaniyanın “Daily Mail” qəzeti isə məlumat verib ki, İŞİD liderləri QİÇS virusuna yoluxan döyüşçüləri kamikadze olmağa məcbur edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm