Erməni qadının İstanbuldakı pritonları ərəblərə satılır
Bizi izləyin

Dünya

Erməni qadının İstanbuldakı pritonları ərəblərə satılır

Ərəb işadamları İstanbuldakı pritonları almaq üçün hərəkətə keçib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ərəb fondunun dəstəklədiyi qruplardan biri Zürafə küçəsindəki pritonları almaq üçün Türkiyədə sərmayə məsləhətçisi olan bir şirkətə səlahiyyət verib.

Bu küçədəki pritonlardan 37-i 2001-ci ildə ölən erməni əsilli “genel ev” patroniçəsi Matild Manukyana məxsusdur.

Matild Manukyanın iş həyatı dərziliklə başlayıb. Ərinin ölümündən sonra oğlu ilə maddi sıxıntılarla yaşayan Manukyan atasından qalan evi pritona çevirir. Yaxşı qazanan erməni əsilli patroniçə pritonların sayını 37-yə qədər artırır. Onlardan qazandığı pulu inşaat sahəsinə yatıran Manukyan 6 dəfə ən iri vergi ödəyicisi olaraq müxtəlif mükafatlar alıb.

Bir müddət sonra isə kiçik yaşlı qızları fahişəliyə cəlb etdiyi üçün həbs olunub. Ancaq daimi müştəriləri olan şəxslərin köməyi ilə həbsdən vaxtından əvvəl azad olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm