Səudiyyə Ərəbistanı qadınlarla bağlı ilkə imza atdı
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı qadınlarla bağlı ilkə imza atdı

Səudiyyə Ərəbistanı qadınlara seçkilərdə iştirak hüququ verib.

Publika.azxarici mediaya istinadən xəbər verir ki, qadınlar ölkədə bu ilin sonunda yerli idarəçilik orqanlarına keçiriləcək seçkilərdə səs verə və seçilə biləcəklər.

Yerli medianın verdiyi məlumata görə, seçki məntəqələrinə qoyulacaq 1263 seçki qutusunun üçdə birində yalnız qadınlar səs verə biləcəklər. Qadınların seçkilərdə iştirak etməsi üçün 18 yaşı tamam olmalıdır.

Səudiyyənin mərhum kralı Abdullah ibn Abduləziz Əl-Səud 2011-ci ilin sentyabr ayında qadınlara seçkilərdə iştirak etmək hüququ verəcəyinə söz vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm