Ukrayna Rusiyadan Yanukoviçin ekstradisiyasını tələb edəcək
Bizi izləyin

Dünya

Ukrayna Rusiyadan Yanukoviçin ekstradisiyasını tələb edəcək

Ukrayna Daxili İşlər Nazirliyi Rusiyadan Viktor Yanukoviçin həbs edilərək ekstradisiya olunmasını tələb edəcək. Bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib.

Ukrayna Daxili İşlər Nazirliyi Rusiyadan Viktor Yanukoviçin həbs edilərək ekstradisiya olunmasını tələb edəcək. Bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib.

Onun sözlərinə görə, V.Yanukoviç İnterpolun bazasına daxil edilən kimi onun və digər şəxslərin ekstradiyası tələb olunacaq:

"Ukrayna hakimiyyətdən sui-istifadə və qətllər törətmək ittihamı üzrə həbs edilməli olan V.Yanukoviç və digər şəxslərin adının İnterpol bazasına daxil edilməsi üçün ərizə göndərib. İnterpol 10 gün ərzində cavab verməlidir". /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm