Telefon tüstülədi, təyyarə məcburi endirildi
Bizi izləyin

Dünya

Telefon tüstülədi, təyyarə məcburi endirildi

Londondan Seula uçan təyyarə Rusiyanın İrkutsk şəhərində təcili eniş edib.

Publika.az-ın məlumatına görə, buna sərnişinlərdən birinin telefonunda yaranan nasazlıq səbəb olub. Uçuş vaxtı mobil telefon naməlum səbəbdən tüstüləməyə başladığından hava gəmisinin heyəti təyyarənin endirilməsi haqqında qərar qəbul edib.

“Telefonun tüstüləməsi təyyarə üçün təhlükə törədə bilərdi. Bizim üçün sərnişinlərin təhlükəsizliyi daha vacibdir. Ona görə də təyyarəni endirməyi qərara aldıq”, - deyə pilot açıqlama verib.

Təyyarə iki saat hava limanında ləngidikdən sonra uçuşunu davam etdirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm