• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bəşəriyyətin ən qanlı diktatorları - FOTO

  • Dünya
  • 22 Avqust 2015 22:40
  • 2 332 Baxış
Bəşəriyyətin ən qanlı diktatorları - FOTO

Tarix çox hökmdarları yola salıb. Bir zamanlar dünya mənim deyənlər sonda bir ovuc torpağa çevriliblər. Elə hökmdarlar, diktatorlar olub ki, onlar tarixə əli yüz minlərlə insanın qanına batmış kimi düşüb. Publika.az dünyanın ən qanlı diktatorlarını təqdim edir:

Bu siyahıda ilk yerlərdən birini Oliver Kromvel tutur. On yeddinci əsrin məşhur sərkərdəsi və siyasətçisi olmuş Kromvel İrlandiyada on minlərlə insanı qanına qəltan etdirib. Təkcə Dani şəhərində 2000 insanı məhv etdirmiş, limanın altını üstünə çevirmiş Kromvel ümumilikdə İrlandiyanın 50.000 sakininin həyatına son qoyub.

Fransız Maksimilian Fransua İsidor de Robespyer tarixə siyasətçi, hüquqşünas, natiq, inqilabçı və həm də qanlı rəhbər kimi düşüb. Fransadakı burjua inqilabı zamanı “Əsrin terroru” kimi tarixə düşmüş, minlərlə aristoktratın həyatının sonunu gətirmiş qanlı hadisələrin başında o dayanırdı. 40.000 insanın məhvi ilə nəticələnən kütləvi edamlar insan başlarının kəsilməsi ilə həyata keçirilirdi.

Rusiyanın gələcək həyatında böyük rol oynamış IV İvan Qroznı təkcə günahkar hesab etdiyi deyil, şübhə etdiyi hər kəsi öldürtdürürdü. Polşa ilə əlaqə qurmaqda günahlandırdığı şəhəri hər tərəfdən əhatəyə aldırmış IV İvan Qroznının sərt cəza tədbirləri ilə əlaqədar olaraq hər gün 1500 nəfər həyatla vidalaşırdı.

Uqandada 1971-ci ildə hakimiyyətə gəlmiş İdi Aminin “balans”ında 1.500.000 nəfər var. Bu insalnarın məhv edilmələrinə paranoy İdi Aminin onlardan şübhələnməsi kifayət edirdi. O, hamını satqınlıqda ittiham edirdi. İdi Amin özünə düşmən hesab etdiyi insanları təkcə öldürtdürmürdü, həm də ətlərini yeyirdi.

Kambocanın qanlı diktatoru Pol Pot qanlı hakimiyyətinin 4 ili ərzində 1,5 milyon insanı məhv etdirdi. Bu proses sonradan soyqırımı kimi rəsmiləşdirildi.

Almanların Avstriya əsilli fürerləri Adolf Hitler (Şiklqruber) XX əsrə adını qanlı diktator kimi yazdırdı. Polşada, Belçikada, Niderlandda, Danimarkada, Fransada, Yuqoslaviyada və digər Avropa ölkələrində, habelə SSRİ-də yüz minlərlə insanı məhv etdirmiş Adolf Hitler də, tarixə bəşəriyyətin qanlı diktatorlarından biri kimi düşdü.

Hitlerin tarixi düşməni İosif Stalin (Cuqaşvili) ondan fərqli olaraq başqa dövlətlərin deyil, öz ölkəsinin günahsız insanlarını məhv etdirirdi. İslah əmək düçərgələrində siyasi repressiyalara məruz qalan 4 milyon, sürgün edilən və acından ölən 6 milyon insan Stalinin yürütdüyü qəddar, ağır siyasətin qurbanlarına çevrildilər.

Çin diktatoru Mao Czedunu da tarixin ən qanlı diktatoru adlandıra bilərik. 6 milyon insanı əmək düşərgələrində məhv etdirmiş, yüz minlərlə aristokratın həyatına son qoymuş Pekin rəhbəri bunlarla kifayətlənməyib. “Böyük sıçrayış” illərində 46 milyon günahsız insan bu dünya ilə vidalaşmalı oldu. Lakin bu da hələ son deyildi. Diktatorun “Mədəni inqilab” adlandırdığı illərdə daha bir neçə milyon ölkə vətəndaşı siyasi, mənəvi terrorun qurbanı oldu.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR