Aviaşouda qırıcı qəzaya uğradı: 7 ölü
Bizi izləyin

Dünya

Aviaşouda qırıcı qəzaya uğradı: 7 ölü

Böyük Britaniyada keçirilən aviaşouda “Hawker Hunter” qırıcı-bombardmançısı qəzaya uğrayıb.

Publika.az “The Daily Telegraph” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib.

Polisin verdiyi məlumata görə, 14 nəfər yaralanıb. Onlardan 2 nəfəri xəstəxanaya yerləşdirilib.

Manevri düzgün yerinə yetirə bilməyən qırıcı A27 yoluna düşüb. Avtomobil yolunda hərəkət hazırda məhdudlaşdırılıb.

Qırıcının pilotu sağ qala bilib. Lakin onun vəziyyəti haqqında informasiya yoxdur. Sosial şəbəkələrdə aviaqəzanın videosu yayılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm