Çində kimyəvi zavodda partlayış olub
Bizi izləyin

Dünya

Çində kimyəvi zavodda partlayış olub

Çinin şərqində kimyəvi zavodda güclü partlayış olub.

Publika.az xəbər verir ki, bu barədə “People's Daily China” agentliyinin “Twitter” səhifəsində bildirilir.

Szıbon (Şandun əyaləti) şəhər dairəsinin Xuantay rayonunda yerləşən zavodun ərazisində yanğın başlanmışdı. Zərər çəkənlər barəsində məlumat yoxdur.

Partlayış dalğası hadisə yerindən təxminən bir kilometr aralıda yerləşən yaşayış evlərinin şüşələrini sındırıb. Yerli hakimiyyət orqanları zavodun yaxınlığında yaşayan əhalinin təxliyyəsinə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm