Vaşinqtondan dəqiq siqnal gəldi: “Yaşıl adamcığazlar”la vuruşma – Krımın ŞOK İLHAQ TARİXİ
Bizi izləyin

Dünya

Vaşinqtondan dəqiq siqnal gəldi: “Yaşıl adamcığazlar”la vuruşma – Krımın ŞOK İLHAQ TARİXİ

ABŞ 2014-cü ilin əvvəlində Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin başlanmasının qarşısını alıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin əməkdaşları Coş Roqina və Eli Reykin məqaləsində deyilir.

Agentliyin əməkdaşları “Ukrayna ötən il Krımı Rusiyanın “yaşıl adamcığazları”ndan niyə müdafiə etmədi” sualına cavab tapmaq üçün araşdırma aparıblar. Bildirilir ki, Rusiya tərəfindən Krımın ilhaqı başlananda Ukrayna hökuməti “yaşıl adamcığazlar”la vuruşaq, yoxsa vuruşmayaq” müzakirələrini apardığı bir vaxtda Barak Obama administrasiyasından dəqiq siqnal gəlib: Moskva ilə hərbi qarşıdurmadan yayınmaq.

Agentlik qeyd edir ki, Ağ Evdən gələn siqnal sadəcə bir əmr deyildi, bir neçə konkret amilə söykənirdi: “Birincisi, aydın deyildi ki, Rusiya nə etmək istəyir. İkincisi, Ukrayna qoşunu Rusiyanın “xüsusi təyinatlı dəstələri”nə qarşı durmaq vəziyyətində deyildi. Üçüncüsü isə, həmin vaxt Kiyevdə müvəqqəti hökumət var idi. Ukrayna nümayəndələri bizə dedilər ki, Avropa hökumətləri də Kiyevə eyni siqnalı göndərmişdilər. Amerika nümayəndələrinin sözlərinə görə, Ağ Ev ehtiyat edirdi ki, Ukrayna qoşunları Krımda silahlı müqavimət göstərsə, bu Putinin Ukraynaya böyük hərbi müdaxiləsinə bəraət verərdi. Putin həmin məntiqdən istifadə edərək 2008-ci ilin avqustunda Gürcüstan ərazisinin çox hissəsini tutmuşdu və Rusiya qoşunları Gürcüstanın iki vilayətini bu günə qədər işğal edir”.

“Bloomberg” bildirir ki, bir çox ekspertlər və rəsmi nümayəndələr Krımda Rusiya ilə qarşıdurmadan yayınmaqla təcavüzün qarşısınının alınacağına ümid edirdi. “Amma bu hesablama səhv idi. Demək olar ki, Krım unudulub. Rusiya tərəfindən dəstəklənən separatçılar Ukraynanın iki böyük vilayətinin xeyli hissəsinə nəzarət edirlər və tərəflər arasındakı atəşkəsin iflası təhlükəsi var”, – agentlik yazır.

“Bloomberg” amerikalı ekspert Deymon Uilsonun sözlərini sitat gətirib: “Rusiyanın hərəkətlərinə qarşılıq verilmədikcə, onun iştahı artır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm