Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirdi
Bizi izləyin

Dünya

Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirdi

Rusiyanın Həştərxan vilayətində qitələrarası ballistik raket sınaqdan keçirilib. Raket “Kapustin Yar” poliqonunda buraxılıb. Bu barədə Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının mətbuat xidmətinin məlumatında bildirilir.

“22 avqust tarixində saat 18.13-də (Bakı vaxtı ilə 20.13-də) Strateji Təyinatlı Raket Qoşunlarının döyüş heyəti Həştərxan vilayətində “Kapustin Yar” mərkəzi dövlət poliqonundan “Topol” RS-12М tipli qitələrarası ballistik raketinin buraxılışını həyata keçirib”, deyə məlumatda bildirilir.

Məlumata görə, ballistik raketin təlim döyüş hissəsi Qazaxıstandakı poliqonda yerləşən şərti hədəfi vurub. /APA/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm