Malayziya sərhədində kütləvi məzarlıq aşkarlanıb
Bizi izləyin

Dünya

Malayziya sərhədində kütləvi məzarlıq aşkarlanıb

Malayziyanın Tailandla həmsərhəd rayonunda Myanma və Banqladeşdən olduqları güman edilən qaçqınların yeni kütləvi məzarlığı aşkar edilib. Bu barədə “The Star” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, burada təxminən 24 nəfərin cəsədi aşkar olunub. Hadisəni şərh edən Malayziya Təhlükəsizlik Şurasının katibi Şahidan Kassim deyib: “Məzarlıq leysan yağışların ərazidə torpağı yuması nəticəsində bir neçə gün əvvəl aşkar edilib. Hələlik burada qeyri-leqal düşərgənin mövcud olması və cəsədlərin neçə müddət bundan əvvəl basdırılması barədə məlumat vermək çətindir”. Hüquq-mühafizə orqanlarının məlumatına görə isə buradakı insanların aclıqdan və ağır davranışdan öldükləri hiss olunur.

Hələ bir neçə ay bundan əvvəl Malayziyanın qərbində, Tailandla həmsərhəd rayonda miqrantların yüzlərlə kütkəvi məzarlığı və Myanmadan olan qaçqınların zorla saxlandığı 28 düşərgə aşkar edilmişdi. Xarici işlər naziri Əhməd Zahid Həmidin bildirdiyinə görə, bu yerlər ən azı beş il bundan əvvəl mövcud olmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm