Türkiyə prezidentinin oğlunun toyu oldu - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə prezidentinin oğlunun toyu oldu - FOTOLAR

Türkiyənin 11-ci prezident Abdullah Gülün oğlu Əhməd Münir Gül Ayşe Zəhra Karadere adlı xanımla ailə qurub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toy dünən İstanbulun məşhur otellərinin birində baş tutub. Əhməd Münir Gül və Ayşə Zəhra Karadere cütlüyünün toyunda 500-ə yaxın qonaq iştirak edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və parlamentin spikeri İsmət Yılmaz bəyin nikah şahidi olub.

Gəlinin şahidi isə dayısı Məhərrəm Ceylan olub. Qurani Kərim qiraəti ilə başlayan toy məclisi cütlüyün nikah mərasimi ilə başa çatıb. Mərasimin sonunda qonaqlara nikah şəkəri əvəzinə İslam peyğəmbəri Həzrəti Muhammədin (əs) simasının anladıldığı "Hilyəyi Şərif" paylanıb. Xatırladaq ki, Əhməd Münir Gül "Hacettepe" universiteti Tibb fakultəsinin son kursunda təhsil alır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm