Dünya
Ərdəbildə narkotik alverçisi edam edilib
Ərdəbil Mərkəzi Zindanında narkotik maddə metamfetamin daşımaq ittihamı ilə mühakimə edilmiş bir şəxs asılaraq edam olunub.
Xəbəri yayan Ərdəbil Ədliyyəsinin ictimai əlaqələr xidməti asılan məhkumun adı və ya cinsiyyəti ilə bağlı məlumat verməyib.
“580 qramdan artıq kristal (metamfetamin) narkotik maddəsi daşımaq ittihamı ilə Ərdəbil İnqilab Məhkəməsi tərəfindən edama məhkum olan şəxs hökmün Baş Prokurorluqda təsdiq edilməsindən sonra Ərdəbil Mərkəzi Zindanında dini və qanuni tədbirlərlə bərabər edam edildi,” - Ərdəbil Ədliyyəsinin veb səhifəsində bildirilib.
Son günlərdə Ərdəbildən başqa İranın bir neçə digər bölgələri, o cümlədən Gilan vilayətində də bir neçə edam hökmü həyata keçirilib.
Beynəlxalq insan haqları təşkilatları son iki ildə İranda edamların kəskin artdığından narahatlıqlarını bildirirlər.
Narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar artmaqda olan edamlara qarşı müxalif səslər artıq İran Parlamentində də eşidilməyə başlayıb.
Ötən həftə etnik lurların sıx yaşadığı Xurrəm Abad şəhərinin millət vəkili İrəc Əbdi əlaqədar orqanlardan narkotik maddə qaçaqmalçılığı ilə bağlı edam cəzasının nəzərdən keçirilməsini istəyib. Mehr xəbər agentliyinə istinadən, millət vəkili toplumda narkotik maddə məsrəfinin edamlarla azalmadığını söyləyib.
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu