2300 nəfər işsiz qalacaq
Bizi izləyin

Dünya

2300 nəfər işsiz qalacaq

Microsoft şirkəti Lumia telefonları istehsal edən fabrikdə 2300 nəfəri ixtisar etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, şirkət bununla bağlı rəsmi məlumat yayıb. Belə ki, 2013-cü ilin sentyabrında 7.17 milyard dollara Nokianın bütün əməliyyat və istehsal bölmələrini alan Microsoft iki il sonra bu addımının uğursuz olduğunu açıqladı.

Nokiadan istədiyi gəliri əldə edə bilməyən şirkət indi də Finlandiyada bir telefon istehsal edən fabriki bağlamaq istəyir. Bununla da 2300 nəfər işsiz qalacaq.

Ötən ay şirkət açıqlamasında 7800 nəfərin işdən çıxaracağını açıqlamışdı. Skandinaviya ölkələrini əhatə edəcək yeni qərar ötən ay verilən açıqlamanın davamıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm