Dağıstanda atışma: 3 ölü, 1 yaralı
Bizi izləyin

Dünya

Dağıstanda atışma: 3 ölü, 1 yaralı

Rusiyanın Dağıstan Muxtar Respublikasında təhlükəsizlik gücləri ilə döyüşçülər arasında atışma olub.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Dağıstan güc strukturlarındakı mənbə bildirib.

Hadisə Mahaçqala şəhərinin Yeni Xuşet qəsəbəsi ərazisində gecə saatlarında baş verib. Xüsusi təyinatlı qüvvələrin əməkdaşları dəmir yol keçidinin yaxınlığında minik avtomobilini dayandırmağa çalışıb, ancaq avtomobildəki şəxslər atəş açıblar.

Xüsusi təyinatlıların cavab atəşi ilə üç döyüşçü öldürülüb. Xüsusi təyinatlılardan da bir nəfərin yaralandığı bildirilir.

Hazırda döyüşçülərin şəxsiyyətləri müəyyənləşdirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm