45 günlük müddət başa çatdı – Türkiyə tarixində İLK
Bizi izləyin

Dünya

45 günlük müddət başa çatdı – Türkiyə tarixində İLK

Türkiyədə seçkilərdən sonra yeni hökumətin qurulması üçün konstitusiyada göstərilən 45 günlük müddət artıq başa çatıb.

Publika.az-ın məlumatına görə, ölkə tarixində ilk dəfə olaraq Türkiyəni növbədənkənar seçkilərə prezident aparacaq. Artıq bütün dünyanın diqqəti Konstitusiyanın tələbi ilə Türkiyəni təkrar seçkiyə aparmaq barədə qərar verəcək prezident Rəcəb Tayyib Ərdoğana yönəlib.

Növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar bu gün prezident R.T.Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmət Yılmazı təkrar qəbul edəcək. Görüş zamanı növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edilməsi gözlənilir. Bununla da Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq prezident tərəfindən təkrar seçkilərin keçirilməsi barədə qərar veriləcək. Növbədənkənar seçkilərin isə bu il noyabrın 1-də keçirilməsi nəzərdə tutulur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm