Çin hərbi kolonu rusları qorxutdu - FOTO
Bizi izləyin

Dünya

Çin hərbi kolonu rusları qorxutdu - FOTO

Rusiyanın Krasnoyarsk şəhərində hərəkət edən Çin hərbi texnikasından ibarət kolon şəhər əhalisini qorxudub.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, hərbi kolonun keçidi ilə bağlı götüntülərin sosial şəbəkələrdə yayılması Mərkəzi hərbi dairəni bəyanat verməyə məcbur edib.

Hərbi dairənin mətbuat xidmətindən bildiriblər ki, Çin hərbi texnikası Rusiyanın 10 şəhərində keçirilən Ordu beynəlxalq oyunlarında iştirak edib.

Qeyd edək ki, I Ordu beynəlxalq oyunları avqustun 1-dən 15-dək Qərb, Cənub və Mərkəzi hərbi dairəsinin poliqonlarında keçirilib. Oyunlara 17 dövlətdən 57 komanda qatılıb. Çin və Belarus isə oyunlarda ən geniş tərkiblə təmsil olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm