3 milyon insanın ölümünə səbəb olan qadın öldü – FOTOLAR
Bizi izləyin

Dünya

3 milyon insanın ölümünə səbəb olan qadın öldü – FOTOLAR

Ötən əsrin 70-ci illərində Kamboca Krallığında hakimiyyətdə olmuş “Qırmızı Khmer” rejiminin qadın liderlərindən biri Leng Thirith ölkənin Pailin əyalətində 83 yaşında vəfat edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, “Qırmızı Khmer” liderlərinin məhkəməsinə sədrlik edən hakim Neth Pheaktra Leng Thirithi təxminən 3 milyon adamın ölümündə günahlandırıb. Leng Thirith 3 milyon insanın ölümündə günahkar elan olunaraq həbs olunsa da, son illər səhhətində yaranmış problemlərlə əlaqədar məhkəmə qarşısına çıxarılmayıb.

Xatırladaq ki, Khieu Thirith olaraq da tanınan Leng Thirith Parisdəki Sorbonna Universitetində təhsil alıb, “Qırmızı Khmer” rejiminin fəaliyyəti dövründə sosial işlər naziri vəzifəsini icra edib. Rejimin xarici işlər naziri olan həyat yoldaşı Ieng Sary ilə 2007-ci ildə həbs olunan L.Thirith insanlığa qarşı soyqırım, cinayət işləməkdə və 1949-cu il Cenevrə Konvensiyanın tələblərinə zidd fəaliyyətdə ittiham olunurdu.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm