ABŞ və Türkiyə Suriyada böyük müharibəyə başlayır
Bizi izləyin

Dünya

ABŞ və Türkiyə Suriyada böyük müharibəyə başlayır

Türkiyə və ABŞ Suriyada İŞİD terror təşkilatına qarşı birgə hava əməliyyatlarının həyata keçirilməsi barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “Reuters” agentliyinə açıqlamasında bildirib.

“Dünən texniki məsələlər üzrə danışıqlar aparılıb. Tezliklə İŞİD-ə qarşı birgə əməliyyata başlayacağıq. Əməliyyatlara həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Böyük Britaniya və Fransa qoşula biləcəklər”, - o, deyib.

Nazirin sözlərinə görə, əməliyyatlar həmçinin prezident Bəşər Əsəd və onun administrasiyasına təzyiq göstərməyə kömək edəcək. Çavuşoğlu Suriya kürdlərinin ölkənin ərazi bütövlüyü üçün vuruşmadığını da dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm