Dünya
Bu gecə İstanbuldakı aksiyalarda 1 nəfər ölüb
Gəzi Parkı hadisələri zamanı yaralanan və çərşənbə
axşamı günü dünyasını dəyişən Berkin Elvan ölüm xəbəri ölkədə
etiraz çıxışlarına səbəb olub.
İstanbulun Okmeydanı məhəlləsində meydana gələn qarşıdurmada 21
yaşlı Burak Karamanoğlu adlı sıravi vətəndaş nümayişçilərin silahlı
hücumu nəticəsində dünyasını dəyişib.
AKP-nin İstanbul partiya təşkilatının sədri Əziz Babuşçu 14 yaşlı
Berkin Elvanın cənazə mərasimindən sonra gecə boyunca davam edən
etirazlarda 21 yaşlı Burak Karamanoğlu adlı vətəndaşın Okmeydanı
Örnektepe məhəlləsində nümayişçilər tərəfindən öldürüldüyünü və
ərazidə polisin olmadığını da vurğulayıb.
"CNN TÜRK"-də canlı yayımlanan proqramlardan birinə zəng edən
Babuşçu bunları səsləndirib:
"Baxın, bu gün bir gənc insanı daha itirdik. Daha qan axmasın,
gənclərimiz ölməsin. Okmeydanı Örnektepe Məhəlləsində ikisi də
polisə qarşı olan iki qrup varıydı və orada bir adam öldü."
Aparıcının "qaz bombasının kapsulu ilə öldü?" - sualına, "Xeyr,
orada polis yox idi, polisin olmadığı bir yerdə öldürüldü" - deyə
Babuşçu cavab verib.
Qeyd edək ki, Taksim və Taksimə gedən yollarda polisin
təhlükəsizlik tədbirləri artırılıb. Gəzi Parkına isə vətəndaşların
girişi qadağan edilib./anspress/
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!