Dünya
Türkiyə ABŞ-ın istəyini rədd etdi
Vaşinqton Ankaradan Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi hava əməliyyatlarının koordinatlarını istəyib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə ABŞ-ın bu istəyinə mənfi cavab verib.
İddiaya görə, İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində İraqda bir çox nöqtəyə hava hücumları təşkil edən ABŞ Türkiyədən Şimali İraqda PKK düşərgələrinə qarşı həyata keçirilən əməliyyatların koordinasiya olunmasını istəyib. Türkiyə Silahlı Qüvvələri ABŞ-nın bu istəyini dövlət orqanlarına çatdırıb və aparılan müzakirələrdən sonra Vaşinqtona mənfi cavab verilib.
Təhlükəsizlik mütəxəssisləri Ankaranın mənfi cavabının aşağıdakı səbəblərini göstərirlər:
- ABŞ-ın kürd məsələsinin həlli müddətində və daha sonra PKK, xüsusilə də təşkilatın Suriya qolu olan PYD ilə açıq ünsiyyət qurması
- 2003-cü il İraq işğalından sonra ABŞ-ın PKK-ya dəstək verdiyinə dair kəşfiyyat məlumatlarının olması
-Türkiyə Hərbi Hava Qüvvələrin tərəfindən həyata keçirilən əməliyyatlar barədə terror təşkilatına xəbər verilməsi ehtimalı.
Ömər Dağlı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?