Türkiyədə təbii fəlakət: 8 ölü - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə təbii fəlakət: 8 ölü - VİDEO

Türkiyənin Artvin vilayətində yağan leysan yağışlar çoxsaylı insan itkisi ilə nəticələnib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtomobil yolları belə çay yatağına çevirən sel Hopa mahalının Sundura məhəlləsində 4 mərtəbəli binanın çökməsinə səbəb olub.

Binanın çökməsi nəticəsində 3 nəfər həyatını itirib, biri uşaq olmala 2 nəfər itkin düşüb. Artvin vilayətinin valisi Kamal Cirit təşkil etdiyi mətbuat konfransında təbii fəlakət nəticəsində ümumilikdə 8 nəfərin həyatını itirdiyini bildirib.

Hazırda təbii fəlakət baş verən bölgədə xilasedici qruplar işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm