İtkin düşmüş “Boinq”in axtarışları davam etdirilir
Bizi izləyin

Dünya

İtkin düşmüş “Boinq”in axtarışları davam etdirilir

Beş gün əvvəl radarlardan itən “Malaysian Airlines”aviaşirkətinə məxsus “Boinq 777” təyyarəsinin axtarışları davam edir.

Beş gün əvvəl radarlardan itən “Malaysian Airlines”aviaşirkətinə məxsus “Boinq 777” təyyarəsinin axtarışları davam edir.

“Reuters” xəbər verir ki, təyyarənin axtarış ərazisi And-Aman dənizinə qədər genişləndirilib. Hazırda hava gəmisinin axtarışları “Boinq”in sonuncu dəfə əlaqə saxladığı ərazidən bir neçə yüz kilometr radiusda aparılır.

Daha əvvəl axtarış qüvvələri Malayziya və Vyetnam arasında yerləşən Cənubi-Çin dənizində cəmləşdirilmişdi. Lakin Malayziya rəhbərliyi bildirib ki, təyyarənin sonuncu dəfə əlaqə saxladıqdan sonra istiqamətini dəyişməsi haqqında məlumatlar yayılıb və axtarış radiusunun genişləndirilməsinə qərar verilib.

Xatırladaq ki, itən "Boinq 777-220 ER" təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm