Ərdoğan Davudoğluna yeni səlahiyyət verdi
Bizi izləyin

Dünya

Ərdoğan Davudoğluna yeni səlahiyyət verdi

Son məlumata görə, prezident və baş nazir arasında görüş başa çatıb. Prezident Administrasiyasından verilən məlumatda deyilir ki, Ərdoğan seçki hökumətinin qurulması üçün Davudoğluna səlahiyyət verib.

Müvəqqəti seçki hökumətinin qurulması üçün parlamentdən etimadın alınması tələb olunmur. Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) seçki hökumətində yer almayacağını açıqlayıb. Buna görə də seçki hökuməti AKP, Xalqların Demokratik Partiyası (HDP) və bitərəflərdən ibarət olacaq.

14:22

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün baş nazir və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davutoğluna seçki hökumətinin qurulması üçün vəzifə verəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırkı dəqiqələrdə Prezident Sarayında prezident və baş nazir arasında görüş keçirilir.

Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazla görüşüb. Görüşün başa çatması ilə 7 iyunda keçirilən parlament seçkilərinin təkrarlanması prosesinə start verilib. Növbədənkənar seçkilərin keçirilməsi barədə qərarın “Rəsmi Qəzet”də dərc olunması ilə müvəqqəti seçki hökumətinin qurulması üçün verilən 5 günlük müddət başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm