• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Doğum günü tortu tacikə baha başa gəldi

  • Dünya
  • 25 Avqust 2015 20:14
  • 873 Baxış
Doğum günü tortu tacikə baha başa gəldi

Tacikistan məhkəməsi kafedə dostlarının əhatəsində doğum gününü qeyd edən 25 yaşlı Əmir İsayevi 4 min somoni (633 dollar) cərimə edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, işsiz Düşənbə sakini İsayev ad günü fotosunu sosial şəbəkədə yerləşdirdikdən sonra prokurorluq ona qarşı cinayət işi qaldırıb.

Məhkəmə doğum gününü qeyd edən İsayevin respublika qanunvericiliyinin 8-ci maddəsini pozduğunu deyib. “Ziyafətlərin nizama salınması” maddəsində deyilir: “Doğum günləri yalnız ailə əhatəsində könüllü şəkildə qeyd edilir”.

“Mən ad günümü qeyd etməmişəm. Nə hədiyyə vardı, nə də sağlıq deyən. Hətta gətirdiyim tortun üzərində şam və yazı belə yox idi. 13 nəfər idik. Hesab 540 somoni elədi. Hər kəs də öz hesabını ödədi”, - səbəbkar məhkəmədə deyib.

Şahidlər İsayevin sözlərini təsdiqləyib. Lakin məhkəmə bunları dəlil-sübut kimi qəbul etməyib. İndi isə İsayev apelyasiya məhkəməsinə müraciət etməyə çalışır.

Qeyd edək ki, Tacikistanda “Ziyafətlərin nizama salınması” haqda qanun 2007-ci ildən qüvvəyə minib. Qanun müxtəlif tədbirlərdə qonaqların, yeməklərin və avtomobillərin sayına məhdudiyyətlər qoyur. İş ondadır ki, ölkə vətəndaşları dəbdəbəli ziyafətlər keçirmək üçün ya kredit götürür, ya da borc alır. Buna görə də sakinlər borclarını illərlə ödəməli olurlar. Bu səbəbdən ölkə prezidenti məhdudlaşdırıcı tədbirlər görmək qərarına gəlib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR